Ərdoğanın sözçüsü açıqladı: Sabah Ukrayna taxılının daşınmasına başlanıla bilər

Bu sözləri Türkiyə prezidentinin sözçüsü İbrahim Kalın deyib.
“Hansı koordinatdan necə çıxacaq, beynəlxalq ərazi sularına girdiyi zaman, Türkiyə ərazi sularına girdiyi zaman kim yükləyəcək kimi detallar var. İlk gəminin sabah səhər yola çıxması ehtimalı yüksəkdir”, - deyə İ.Kalın qeyd edib.