İspaniya və Portuqaliyada istilər səbəbindən 1,7 minə yaxın insan həyatını itirib
Portuqaliya və İspaniyada anomal istilər səbəbindən 1,7 minə yaxın insan həyatını itirib.
Bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Avropa Bürosunun rəhbəri Hans Klüge məlumat verib.
“Bu il təkcə İspaniya və Portuqaliyada mövcud isti dövrdə 1700-dən çox lüzumsuz ölümün şahidi olduq”, - deyə o bildirib.
Klüge hazırda hətta uzaq Şimalda, Skandinaviyada baş verən yanğınlardan da narahat olduğunu vurğulayıb.
Son zamanlar Qərb ölkələrində olduqca yüksək hava temperaturu müşahidə olunur. Bununla bağlı Ümumdünya Meteorologiya Təşkilatının (ÜMT) nümayəndəsi Robert Stefanski qeyd edib ki, Avropada istilər gələn həftənin ortalarına qədər davam edəcək.