Almaniya Ukraynaya 1 milyard avro vəsait ayırdı
![](/uploads/posts/2022-06/medium/1656182258_fotojet-17.jpg)
Bu barədə Almaniyanın Maliyyə Nazirliyi məlumat yayıb.
“Almaniya Ukraynaya hərbi vəziyyət dövründə prioritet sosial və humanitar xərclərin maliyyələşdirilməsi üçün qrant şəklində 1 milyard avro vəsait təqdim edəcək”, - deyə Maliyyə Nazirliyinin yaydığı məlumatda qeyd olunur.
Qeyd edək ki, Ukrayna müharibə başlayan dönəmdən Almaniyadan 300 milyon avro dəyərində uzunmüddətli güzəştli kreditlər alıb.