azadses.az » Dünya » ABŞ-da Azərbaycanın Müstəqillik Günü qeyd olunub - FOTO

ABŞ-da Azərbaycanın Müstəqillik Günü qeyd olunub - FOTO

Vaşinqtonda Azərbaycan Respublikasının Müstəqillik Günü, Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günü və Azərbaycan-ABŞ diplomatik münasibətlərinin yaranmasının 30-cu ildönümünə həsr edilmiş rəsmi qəbul və ziyafət təşkil olunub.

Azərbaycan Respublikasının ABŞ-dakı Səfirliyindən verilən məlumata görə, Birləşmiş Ştatlar tərəfi tədbirdə dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi vəzifələrini icra edən səfir Derek Hoqan, müdafiə katibinin beynəlxalq təhlükəsizlik məsələləri üzrə köməkçisi Selest Uolender və Oklahoma Milli Qvardiyasının ordu qərargah rəisi briqadir general Con Harrison tərəfindən təmsil olunmuşdur. Bununla yanaşı, Müdafiə Departamentinin Milli Qvardiya Bürosunun rəisinin müavini general leytenant Mark Sassevil, ABŞ Konqresində Azərbaycan üzrə İşçi Qrupunun həmsədri konqres üzvü Stiv Şabot və konqres üzvü Daq LaMalfa habelə Konqres üzvlərinin çoxsaylı köməkçiləri də tədbirə qatılıb. Bununla yanaşı, mərasimdə 20-ə yaxın ölkənin səfirləri, çoxsaylı hərbi attaşelər, Əfqanıstan üzrə keçmiş xüsusi nümayəndə Zalmay Xəlilzad, yəhudi təşkilatlarının rəhbərləri və 600-dən çox qonaq iştirak edib.

Tədbirdə ilk öncə çıxış edən səfir Xəzər İbrahim ölkələrimiz arasında strateji tərəfdaşlığın və əməkdaşlığın müxtəlif istiqamətlərindən bəhs edib. Cari ilin mart ayında Prezident Baydenin President İlham Əliyevə məktubunda Azərbaycan-ABŞ əməkdaşlığının daha da inkişaf etdirilməsi niyyətinin bir daha ifadə edildiyini diqqətə çatdırdı. Tədbirimiz keçirildiyi zaman ABŞ-ın Avropa Komandanlığından nümayəndə heyətinin Azərbaycanda, ADA Universitetinin dəstəyi ilə Azərbaycandan müəllim heyətinin ABŞ-da səfərdə olduğu və səylərin daha da artırılacağını bildirdi. Növbəti 30 il ərzində Azərbaycan-ABŞ əməkdaşlığının daha da inkişaf edəcəyinə ümidvar olduğu qeyd edildi. Səfir eyni zamanda, Oklahoma ilə tərəfdaşlığın qurulmasının 20 illiyindən və bu tərəfdaşlığın əhəmiyyətindən bəhs edib.

Tədbirdə iştirak edən yüksək vəzifəli ABŞ rəsmiləri hər üç əlamətdar hadisə münasibətilə Azərbaycanı təbrik edib, hazırda ölkəmizlə ABŞ arasında həyata keçirilən müdafiə və təhlükəsizlik, transmilli təhdidlərə qarşı mübarizə, sərhəd təhlükəsizliyi, enerji təhlükəsizliyi, terrorçuluqla mübarizə və s. mühüm istiqamətlərdə əməkdaşlığın daha da inkişaf etdirilməsində maraqlı olduqlarını vurğulamışlar. ABŞ tərəfi post münaqişə dövründə Azərbaycanın həyata keçirdiyi yenidən qurma işlərinə, minaların təmizlənməsi və humanitar yardım sahələrində dəstəyi artıqmaqda maraqlı olduğunu vurğulamışdır. Bölgəmizdə sülh və əminamanlığın təmin edilməsində ölkələrimiz arasında strateji tərəfdaşlığın mühüm əhəmiyyət kəsb etdiyi diqqətə çatdırılıb.

Ziyafət zamanı Azərbaycan-ABŞ diplomatik münasibətlərinin 30 illiyinə həsr edilmiş və silahlı qüvvələr gününə aid video-çarxlar nümayiş etdirilib.

Tədbirin musiqili hissəsində Vaşinqtonda fəaliyyət göstərən Azərbaycan məktəbinin şagirdlərinin ifasında “Nəlbəki” milli rəqsini və ABŞ-da yaşayan həmvətənimiz Məryəm Nəcəfzadə “Sarı Gəlin” və “Koroğlu” operasından musiqi əsasında milli rəqslərimizi ifa edib.

Tədbir zamanı qonaqlara Azərbaycan mətbəxinin nümunələri təqdim edilib. Azərbaycan Milli Kulinariya Mərkəzinin Baş Direktorunun müavini Ceyran Əsgərova və Azərbaycan Milli Kulinariya Assosiasiyasının üzvü Mirmövsüm Dadaşov tərəfindən Azərbaycan mətbəxinə aid ləziz yeməklər, şirniyyatlar və şərbətlər hazırlanmış, Azərbaycan mətbəxinin şah əsərlərindən olan “Şah Plov” xüsusi təqdimatla qonaqlara təqdim edilib.

Tədbir zamanı Şur Trio İnstrumental Qrupunun üzvləri Vüsal İsgəndərzadə, Əbdülsəməd Mövləvi və Xalid Babayev milli və dünya musiqisindən parçalar ifa etmişdirlər. Həmçinin ABŞ-da yaşayan soydaşımız Emil Əfrasiyab piano ifası və Leyla Əfrasiyab vokal ifası ilə tədbirə rəng qatıblar.

Mərasimdə Azərbaycan xalçaçılıq sənətinin nümunələri sərgilənib. Qarabağ xalçası, Azərbaycan xəritəsini əks etdirən ipək xalça və müasir incəsənət rəssamı Faiq Əhmədin “Arxiv 2” adlı xalçası qonaqlar tərəfindən böyük maraqla qarşılanıb. Həmçinin tədbirdə Azərbaycan rəngkarlıq sənətinin nümunələri, o cümlədən ABŞ-da yaşayan həmvətinimiz Əbülfəz Bahadorinin rəsm əsərləri sərgilənmiş, Azərbaycanın tarixi və mədəniyyətinə, işğaldan azad olunmuş ərazilərimizə aid kitablar və nəşrlər ilə tanış olublar.








DAHA ÇOX XƏBƏRLƏR
Ən çox oxunanlar
  1. Buzovnada ata və oğlu qonşularını bıçaqlayıb, ölən və yaralılar var - YENİLƏNİB
  2. Şağanda kişi qonşularını bıçaqlayıb, ölən və yaralılar var
  3. Salyanda avtomobil aşıb, bir ailənin 6 üzvü xəsarət alıb
  4. Suraxanıda 60 yaşlı qadını avtomobil vurub
  5. Ucarda 44 yaşlı kişi yol qəzasında yaralanıb
  6. Xətai rayonunda yük maşını aşıb, yaralanan var
  7. Suraxanıda avtomobillər toqquşub, 34 yaşlı kişi xəsarət alıb
  8. Bakıda yol qəzasında 1 yaşlı körpə xəsarət alıb
  9. Subunçuda avtomobil aşıb, xəsarət alan var
  10. Şamaxıda 4 yaşlı uşaq yol qəzasında xəsarət alıb
Bütün xəbərlər
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin yerli istehsalı olan “Togg” elektromobilini almaq üçün sifariş verib. Türkiyə Ətraflı
Bütün xəbərlər
Bu gün dövlət qulluğuna qəbul imtahanı keçiriləcək
Bu gün dövlət qulluğuna qəbul imtahanı keçiriləcək
Oktyabrın 6-da Dövlət İmtahan Mərkəzi (DİM) inzibati vəzifələrin B növünə (inzibati icraçı vəzifələr) aid BA və BB qruplarına Ətraflı
Xaricdə ali təhsil almış şəxslər peşə tanınması imtahanı verəcəklər
Xaricdə ali təhsil almış şəxslər peşə tanınması imtahanı verəcəklər
Oktyabrın 6-da Dövlət İmtahan Mərkəzinin (DİM) elektron imtahanlar korpusunda xarici dövlətlərdə ali təhsil almış şəxslər üçün Ətraflı
Bütün xəbərlər
«    Oktyabr 2024    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
Şou biznes
Bred Pitt 30 yaş balaca sevgilisi ilə toyunu təxirə saldı: Səbəb təəccübləndirdi
Bred Pitt 30 yaş balaca sevgilisi ilə toyunu təxirə saldı: Səbəb təəccübləndirdi
Kirkorov Uspenskayaya təzminat ödəyəcək
Kirkorov Uspenskayaya təzminat ödəyəcək
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib
Cennifer Lopez və Ben Afflek malikanələrindəki əntiq əşyaları satırlar
Cennifer Lopez və Ben Afflek malikanələrindəki əntiq əşyaları satırlar
Ben Afflek və Cenifer Lopez ayrılıblar?
Ben Afflek və Cenifer Lopez ayrılıblar?