Çində son bir ildə COVID-19-dan 2 ölüm qeydə alındı - Yoluxma artır
- 19-03-2022, 10:47
- Dünya
Çində 2021-ci il yanvarın 25-dən bəri ilk dəfə koronavirusdan iki ölüm halı qeydə alınıb.
Bu barədə “Azadsəs.az” Çinin Gigiyena və Səhiyyə Məsələləri üzrə Dövlət Komitəsinə istinadən xəbər verir.
Qurumun məlumatına görə, ötən sutka koronavirusa 4 051 yeni yoluxma faktı aşkarlanıb ki, bu da ötən həftə ilə müqayisədə 19% çoxdur.
Çində xəstəxanalarda müalicə olunan koronavirus xəstələrinin sayı durmadan yüksəlir. Son yeddi gün ərzində sutkalıq göstərici 20% artıb. Statistikaya əsasən, ölkədə 32,9 mindən çox xəstə həkim nəzarətindədir. Bu, bir ay əvvəlki göstərici ilə müqayisədə 15 dəfə çoxdur.
Çində indiyədək ümumilikdə 128,4 min nəfər koronavirus keçirib, 4 638 nəfər həyatını itirib.