“Dünya gözəli” seçildi - Fotolar

“Azadsəs.az” xarici mətbuata istinadən xəbər verir ki, hələ ötən ilin dekabrında keçirilməli olan müsabiqə pandemiya səbəbindən ertələnib və ötən gün baş tutub.
“Dünya gözəli” titulunun sahibi Polşadan olan 22 yaşlı Karolina Belyavska olub. Tacı ona “Dünya gözəli-2019” titulunun sahibi Toni-Enn Sinqx təqdim edib.
Karolina 2019-cu ildə “Miss Polşa” tituluna sahib olub, Lodz Texnoloji Universitetinin Mühəndislik fakültəsini bitirir.
İkinci və üçüncü yerlərə Şri Sayni (ABŞ) və Oliviya Yayse (Kot d`İvuar) layiq görülüblər.



