Bu il GUAM-ın zirvə görüşü keçiriləcək

“Report” xəbər verir ki, bunu Moldovanın xarici işlər və Avropaya inteqrasiya naziri Niku Popesku Azərbaycanın xarici işlər naziri ilə görüşdən sonra keçirilən birgə mətbuat konfransında deyib.
O bildirib ki, ölkələrimiz GUAM və ATƏT kimi təşkilatların platformasında bir-birinin ərazi bütövlüyünü dəstəkləyir.
Onun sözlərinə görə, GUAM iqtisadi əməkdaşlığı gücləndirmək üçün əlverişli təməl yaradır.