azadses.az » Dünya » Putin və Bayden: Müharibə ehtimalını azaldan görüş - ŞƏRH

Putin və Bayden: Müharibə ehtimalını azaldan görüş - ŞƏRH

ABŞ və Rusiya prezidentləri - Co Bayden və Vladimir Putin arasındakı onlayn görüş proqnoz edildiyi kimi gərgin atmosferdə keçib. Ukrayna və onun sərhədləri ətrafında baş verənlər gərginliyin əsas səbəbi kimi göstərilir. Düzdür, 2016-cı ildə ABŞ-da baş tutmuş prezident seçkilərində Rusiyanın seçkilərə müdaxiləsi və kiber təhlükəsizlik, İranın nüvə proqramı və digər məsələlər gündəmdə olsa da, işğal olunan Ukrayna torpaqları, yeni müharibə anonsu prioritet olub.

Bununla bağlı “Kaspi” qəzetinin məqaləsini təqdim edirik.

Son günlər Ukrayna ilə Rusiya arasında tezliklə hərbi əməliyyatların start götürəcəyi xəbərləri fonunda baş tutan görüşün hansı nəticələrə gətirib çıxaracağını söyləmək hələ tezdir. Görüş Rusiyanın siyasi dairələrində, sosial şəbəkələrdə Putinin triumfu kimi qələmə verilsə də, rəsmi Kiyev fərqli fikirdədir. Məsələn, prezident Vladimir Zelenski bu görüşü problemlərin həlli istiqamətində ilk addım kimi qələmə verib və ABŞ prezidentinə təşəkkür edib. Ən maraqlısı həm də odur ki, iki ölkə prezidenti əvvəlki administrasiyalar dövründə yaradılmış, lakin indiyədək heç vaxt istifadə olunmamış təhlükəsiz video əlaqə vasitəsilə görüşüblər. Danışıqlar, təxminən iki saat bağlı qapılar arxasında davam edib. Bu görüşün ən əhəmiyyətli hissəsi odur ki, Qərb mətbuatının Rusiya qoşunlarının Ukraynaya gözlənilən hücumu barədə xəbərdarlıq etdiyi bir vaxtda baş tutub. Şayiə isə Amerika kəşfiyyatından gəlib.

Artıq Qərb ekspertləri görüşün Rusiya üçün önəmini qeyd edir və bura ilk növbədə sanksiyaların aradan qaldırılmasının mümkünlüyünü daxil edirlər. Eləcə də, Ukraynanın NATO-ya daxil olmasının qarşısını almaq baxımından da bu görüş əhəmiyyət kəsb edib. Lakin bəziləri hesab edir ki, hər iki tərəf Ukrayna məsələsində ciddi dirəniş göstərib. Bu da onu deməyə əsas verir ki, hələ uzun müddət Ukraynada sabitlik məsələsi arxa planda qalacaq. Eyni zamanda Rusiya iqtisadiyyatına qarşı tətbiq edilən sanksiyaların da tezliklə aradan qaldırılacağı inandırıcı səslənmir. Maraqlıdır ki, Rusiyaya qarşı iqtisadi tədbirlərin nə ola biləcəyi ilə bağlı məlumat verməkdən imtina edən Bayden ABŞ-ın bunları birbaşa ruslara çatdırmağa üstünlük verəcəyini söyləyib. Söhbət, güman ki, “Şimal Axını-2” layihəsindən gedir. Belə ki, hələ istismara verilməmiş bu layihə ABŞ və müttəfiqləri üçün “rıçaqı” təmin edib. Digər mümkün tədbirlərə Rusiya banklarının rublu xarici valyutaya çevirməsinə məhdudiyyətlər, hətta bu ölkəni “Swift” qlobal maliyyə ödəniş sistemindən ayırmaq daxildir.
Yeri gəlmişkən, Baydenlə Putinin bu görüşünün iyun görüşündən fərqi ondan ibarətdir ki, Cenevrədəki danışıqlardan əvvəl müharibə təhlükəsi daha real idi. Donbasda atışma, Ukrayna Silahlı Qüvvələrinin Donetsk və Luqansk “sərhədlərinə” doğru irəliləməsi. Bu dəfə isə alov Ukrayna və Donbas separatçıları tərəfindən deyil, Qərb jurnalistləri tərəfindən körükləndi və hamıya elə gəldi ki, artıq müharibə başlayacaq. Rusiya prezidenti açıq şəkildə bildirdi ki, vəziyyəti təkcə Zelenski deyil, həm də Qərbin özü gərginləşdirir. Kiyevə silah tədarükü, Qara dənizdə hərbi təlimlər, NATO qüvvələrinin Şərqi Avropada yerləşdirilməsi - bütün bunlar Ukraynanı, Rusiyanı təhlükəli addımlar atmağa ruhlandırır. Bundan əlavə, Putin Baydenə bildirib ki, Ukraynaya hücum etmək fikrində deyil, lakin ABŞ-dan NATO-nun genişlənməyəcəyinə dair yazılı təminat gözlədiyini də vurğulayıb. İki prezidentin nümayəndələrinin bəyanatlarına əsasən, Putin və Baydenin qarşılıqlı iddiaları dinlənildi, lakin inandırıcı olmadı. Bayden Rusiyanı diplomatiyaya çağırsa da, yenə də Moskvanın Kiyevə qarşı güc tətbiqini istisna etmir. ABŞ Putinin NATO-nu genişləndirməmək təklifini də rədd edir. Danışıqlardan sonra Bayden jurnalistlərə deyib ki, o, heç kəsin qırmızı xətlərini tanımayacaq. Öz növbəsində Kremlin sözçüsü Peskov qeyd edib ki, heç bir irəliləyiş yoxdur və “ikitərəfli münasibətlərdə problemləri aradan qaldırmaq üçün daha çox iş görülməlidir”.

Rusiya Diplomatlar Assosiasiyasının sədr müavini Andrey Baklanovun rus mediasına dediyi kimi, praktiki baxımdan danışıqlar yalnız fikir mübadiləsi ilə məhdudlaşıb. “Rusiya-Amerika münasibətləri və Ukrayna mövzusu çox mürəkkəb problemlərdir və onları bir görüşdə həll etmək mümkün deyil. Keçmiş danışıqlar hadisələrin gələcək inkişafına cüzi təsir göstərə bilər, çünki hər şey ABŞ-ın bu məsələyə yenidən baxıb-baxmayacağından asılıdır. Rusiya təzyiqləri və təxribat xarakterli hərəkətləri dayandıracaq və körpülər tikməyə başlayacaq? Bu, hələ aydın deyil. Buna baxmayaraq, etiraf etmək lazımdır ki, Putinlə Baydenin bu gərgin informasiya mühitində, əslində, müharibədən əvvəlki vəziyyətdə görüşü bir qədər rahatlıq gətirir. Bayden təhdid olsa da, hələ də diplomatiyaya çağırır. Yeri gəlmişkən, danışıqlar zamanı onun İkinci Dünya Müharibəsini xatırlatması, Rusiya ilə ABŞ arasında müttəfiqlik olması və bu müharibədə iki prezidentin yaxın qohumlarının həlak olması barədə deməsi çox simvolikdir. Bu cür şeylər, əslində, etimadın qurulmasında və gərginliyin azaldılmasında çox vacibdir.

Yekun ondan ibarətdir ki, danışıqların nəticəsini belə ümumiləşdirmək olar: böyük irəliləyiş müşahidə etmədik, amma dialoqun canlanması hiss olunur. Rusiya açıq şəkildə göstərir ki, Ukraynanı tutmaq fikrində deyil. Ona görə də, bildirirlər ki, Amerika onları sanksiyalarla qorxutmağı dayandırmalı və Zelenskini Donbasda diplomatik tədbirlər görməyə daha yaxşı inandırmalıdır. Beləliklə, Rusiya və ABŞ prezidentləri arasında baş tutan görüş gərginliyin azaldılmasına gətirib çıxaracaqmı? Buna əmin olmaq üçün bir qədər də gözləmək lazımdır.
DAHA ÇOX XƏBƏRLƏR
Ən çox oxunanlar
  1. Bakıda yol-nəqliyyat hadisəsi olub, xəsarət alan var
  2. Bakıda gənc oğlan yol-nəqliyyat hadisəsində xəsarət alıb
  3. Babək prospektində təmir işləri aparılır, məhdudiyyət qoyulub
  4. İsmayıllı rayonunda zəlzələ olub
  5. Sumqayıtda silah-sursat aşkarlanıb
  6. Ağcabədidə iki avtomobil toqquşub, ölən var
  7. Zaqatala sakini ehtiyatsızlıqdan özünü güllələyərək öldürüb
  8. Yeni ildə yanıq xəsarətləri alan qadın bu gün xəstəxanada vəfat edib
  9. Ağsuda gənc oğlan yol qəzasında ciddi xəsarətlər alıb
  10. Lənkəranın 14 kəndində işıq olmayacaq
Bütün xəbərlər
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin yerli istehsalı olan “Togg” elektromobilini almaq üçün sifariş verib. Türkiyə Ətraflı
Bütün xəbərlər
DİM taksi sürücüləri üçün növbəti imtahan keçirəcək
DİM taksi sürücüləri üçün növbəti imtahan keçirəcək
Dövlət İmtahan Mərkəzi (DİM) bu gün xüsusi hazırlıq keçən taksi minik avtomobili sürücüləri üçün növbəti imtahan keçirəcək. Ətraflı
Bu gün DİM-də TOEFL iBT imtahanı keçiriləcək
Bu gün DİM-də TOEFL iBT imtahanı keçiriləcək
Dekabrın 14-də Dövlət İmtahan Mərkəzinin (DİM) elektron imtahanlar korpusunda (Ünvan: Bakı şəhəri, Binəqədi rayonu, S.S.Axundov, Ətraflı
Bütün xəbərlər
«    Fevral 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
2425262728 
Şou biznes
Bred Pitt və Ancelina Coli 8 illik məhkəmədən sonra boşandılar
Bred Pitt və Ancelina Coli 8 illik məhkəmədən sonra boşandılar
Bred Pitt 30 yaş balaca sevgilisi ilə toyunu təxirə saldı: Səbəb təəccübləndirdi
Bred Pitt 30 yaş balaca sevgilisi ilə toyunu təxirə saldı: Səbəb təəccübləndirdi
Kirkorov Uspenskayaya təzminat ödəyəcək
Kirkorov Uspenskayaya təzminat ödəyəcək
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib
Cennifer Lopez və Ben Afflek malikanələrindəki əntiq əşyaları satırlar
Cennifer Lopez və Ben Afflek malikanələrindəki əntiq əşyaları satırlar