Ermənistanın Baş Qərargah rəisinə qarşı ittiham irəli sürüldü
- 15-11-2021, 16:43
- Dünya
Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Artak Davtyana qarşı ittiham irəli sürülüb.
“Azadsəs.com” “Hraparak” qəzetinə istinadən xəbər verir ki, Artak Davtyan ölkənin keçmiş müdafiə naziri David Tonoyan kimi yararsız aviasiya raketlərinin alınmasında ittiham olunur. Bununla belə, Davtyan barədə həbs qətimkan tədbiri hələ seçilməyib.
Qəzet yazır ki, ittiham Azərbaycan tərəfindən Qafan kəndi yaxınlığındakı yollarda gömrük məntəqələrinin quraşdırılması ilə paralel olaraq irəli sürülüb.
“Beləliklə, ölkə rəhbərliyi Davtyana qarşı ittiham irəli sürərək onu susmağa vadar etməyə və Azərbaycanla əldə edilmiş razılaşmalar ilə bağlı tapşırıqları sakitcə yerinə yetirməyə məcbur etmək istəyir”, - deyə məlumatda qeyd olunub.
Nəşr bildirir ki, müdafiə naziri Arşak Karapetyanın da istefaya göndərilməsi Zəngəzurdakı vəziyyətlə bağlıdır. Qəzet iddia edir ki, guya Karapetyan rəhbərliyin azərbaycanlıların Ermənistan ərazisində maneəsiz hərəkətinə icazə vermək barədə əmrini yerinə yetirməyib.