ABŞ-da 6,9 bal gücündə zəlzələ baş verib

“RİA Novosti”nin məlumatına görə, bu barədə Amerika Birləşmiş Ştatları Geoloji Xidmətindən bildirilib.
Yeraltı təkanların episentri Perryvill yaşayış məntəqəsinin 117 kilometr cənub-şərqində yerləşib. Ocaq 21 kilometr dərinlikdə yerləşib.
Tələfat və dağıntılar barədə məlumat verilməyib. Sunami təhlükəsi elan edilməyib.