Paşinyan: “Ermənistan ərazi zəbt etmək niyyətində deyil”
“Ermənistan ərazi zəbt etmək və ya hər hansı digər təcavüzkar fəaliyyətlərə getmək niyyətində deyil”.
“Sputnik Ermənistanın” məlumatına görə, bu sözləri Ermənistanın baş naziri Nikol Paşinyan hökumətin iclasında deyib.
Onun sözlərinə görə, bölgədə düşmənçilik və qarşıdurmanın daha da dərinləşməsi yolverilməzdir. Bu, təkcə regional deyil, həm də beynəlxalq təhlükəsizliyə təhdiddir.
“Ermənistan hesab edir ki, uzunmüddətli sülh, təhlükəsizlik, sabitlik və inkişaf üçün açar məqam qonşularla normal münasibətlərin qurulması və ya inkişafıdır. Qonşu ölkələrlə münasibətlərin tənzimlənməsi və ya inkişafı hökumətin xarici siyasətinin mühüm istiqaməti olacaq”, - deyə Nikol Paşinyan bildirib.