Türkiyəli çoban 33 il öncə daxil olduğu ali məktəbi bu il bitirdi

“TRT Haber” məlumat verir ki, 67 yaşlı tələbə 33 il sonra məzun olma sevincini yaşayıb.
Məsələ burasındadır ki, çobanlıq edərək dolanan Gür maddi sıxıntılar səbəbindən ali təhsilini 2-ci kursda ikən yarımçıq qoyub. Ötən müddət ərzində o, ailə quraraq 4 övlad böyüdüb.
2016-cı ildə təhsilini davam etdirmək üçün Universitetə qayıdan Zəki bütün fənlər üzrə imtahanlarını bu il tamamlayaraq diplom almaq hüququ əldə edib.