azadses.az » Dünya » Avropada səyahət qaydalarını yumşaldan ölkələr - SİYAHI

Avropada səyahət qaydalarını yumşaldan ölkələr - SİYAHI

Koronavirusun yayılması səbəbindən bir çox Avropa dövləti səyahət qadağaları tətbiq edir. Ancaq buna baxmayaraq, turistlər üçün giriş qaydalarını yumşaldan ölkələr də var.

“TRT Haber” həmin ölkələrin siyahısını təqdim edib.

Danimarka 26 iyun tarixinə qədər Avropa İttifaqının (Aİ) rəqəmsal sertifikatı ilə sərhədlərini bütün turistlərə açmağı planlaşdırır. Ölkə 1 may tarixindən etibarən Aİ/Şengen ölkələrinə səyahət icazəsi verib.

15 may tarixindən etibarən 20 milyon insanı peyvənd etmək məqsədinə çatan Fransanın 9 iyunda və ondan sonra bəzi beynəlxalq səyahətlərə icazə verəcəyi gözlənilir. Ölkə “TousAntiCovid” adlı tətbiq ilə sərnişinlərin peyvənd/test vəziyyətini izləyəcək. Digər tərəfdən, məhdudiyyətlərə məruz qalacaq və ya səyahət izni veriləcək ölkələr müəyyənləşdiriləcək.

Malta 1 iyundan etibarən tam peyvənd olunmuş insanların ölkəyə girişinə icazə verməyi planlaşdırır. Ölkədə 2 gecədən çox qalan qonaqlar əlavə haqq ödəməlidir.

Böyük Britaniyada 17 may tarixindən etibarən yaşıl kateqoriyaya daxil olan ölkələrə gediş-gəlişə karantin olmadan sərbəst hərəkət təklif olunur. Bununla yanaşı, bu ölkələrdən gələn turistlər səyahət etməzdən əvvəl PCR testindən keçməlidirlər. Hal-hazırda Britaniyanın yaşıl siyahısında olan yerlər: Avstraliya, Yeni Zelandiya, Sinqapur, Bruney, İslandiya, Farer Adaları, Cəbəllütariq, Folkland Adaları, İsrail, Gürcüstan və Cənubi Sandviç Adaları, Saint Helena və Portuqaliya.

Portuqaliya 17 may tarixindən etibarən sərhədlərinin bütün Aİ/Şengen bölgəsi vətəndaşlarına və Britaniyaya məcburi olmayan səyahətə açıq olduğunu bildirib. Ölkəyə gələcək 2 yaşdan yuxarı hamı mənfi nəticəli test təqdim etməlidir.

İtaliya 16 may tarixindən etibarən beynəlxalq səyahətlərin açılmasının ilk addım kimi Britaniya və İsraildən gələn turistlərin ölkəyə karantinsiz girişinə icazə verir.

Niderland 15 may tarixindən etibarən Portuqaliya, Malta, İrlandiya, Tayland, Ruanda, Aruba, Kurakao və Sint Maarten və bəzi Yunan adalarına məcburi olmayan səyahətlərə icazə verib.

14 may tarixindən etibarən Yunanıstan Aİ ölkələri, ABŞ, Britaniya və İsrailə səyahətə icazə verib. Bu ölkələrdən olan insanlar tam peyvəndlənməli və ya mənfi nəticəli test təqdim etməlidirlər.

Almaniyanın Robert Koç İnstitutu 13 may tarixindən etibarən ölkəyə gəlməmişdən 72 saat əvvəl tam peyvənd edilmiş və testi mənfi olan insanların karantin tətbiq edilməsinə ehtiyac olmadığını bildirib. Ancaq bu, “yüksək riskli” ölkələrdən gələnlərə şamil edilmir.

1 aprel tarixindən etibarən Xorvatiya tam peyvənd edilmiş və ya koronavirusdən sağalan insanların karantin olmadan ölkəyə girməsinə icazə verir.

18 martda açıqlanan qərarla İslandiya Aİ ölkələrindən tam peyvənd olunmuş insanlara səyahət icazəsi verən ilk ölkələrdən biridir. Bununla yanaşı, ölkə bu Rusiya və ya Çin peyvəndləri vurulan insanları qəbul etmir.

Polşa 18 fevral tarixindən etibarən Aİ ölkələri və İslandiya, Lixtenşteyn, Norveç, İsveçrə, Gürcüstan, Yaponiya, Yeni Zelandiya, Tayland, Cənubi Koreya, Tunis və Avstraliyadan tam peyvənd olunmuş şəxslərə karantin tətbiq etmir.

Estoniya hökuməti fevralın 2-də peyvənd olunmuş turistlərin və koronavirusdan sağalanların karantindən azad olacağını açıqlayıb.

Rumıniyanın Fövqəladə Hallar üzrə Milli Komitəsi yanvar ayının sonunda vaksin vurulan turistlərin karantinə alınmasına ehtiyac olmadığını bildirib. Ölkədə karantinin iyun ayında tamamilə qaldırılacağına ümid edilir.
DAHA ÇOX XƏBƏRLƏR
Ən çox oxunanlar
  1. Çaylarda sululuq artdı
  2. Ötən gün vətəndaşların bank kartlarından 6 min manatdan çox pul oğurlanıb
  3. Şirvanda 6 aylıq körpə ölü doğulub
  4. Bakıda "moyka"da kişini elektrik cərəyanı vuraraq öldürüb
  5. Qubada elektrik enerjisinin verilişində fasilə yaranacaq
  6. DİN: Ötən gün bank kartlarından oğurluq qeydə alınmayıb
  7. “Qantas Airlines” aviaşirkətinin təyyarəsi Heydər Əliyev Beynəlxalq Aeroportuna məcburi eniş edib
  8. Sabah Azərbaycanda 33 dərəcə isti olacaq
  9. Sabirabadda çətənə kolları yetişdirməkdə şübhəli bilinən 4 nəfər həbs olunub
  10. Ötən gün ölkə ərazisində 16 kiloqramdan çox narkotik aşkarlanıb
Bütün xəbərlər
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin yerli istehsalı olan “Togg” elektromobilini almaq üçün sifariş verib. Türkiyə Ətraflı
Bütün xəbərlər
Nazir müavini: Qarabağın dörd məktəbində "Son zəng" keçirilir
Nazir müavini: Qarabağın dörd məktəbində "Son zəng" keçirilir
Bu gün Xankəndi, Xocalı, Cəbrayıl və Şuşada məktəblərdə "Son zəng" keçirilir. Bunu elm və təhsil nazirinin müavini Ətraflı
Nazir müavini: Bizim üçün müəllim nüfuzundan vacib mövzu yoxdur
Nazir müavini: Bizim üçün müəllim nüfuzundan vacib mövzu yoxdur
Bizim üçün müəllim nüfuzundan vacib mövzu yoxdur. Bunu "Report"a açıqlamasında elm və təhsil nazirinin müavini Həsən Ətraflı
Bütün xəbərlər
«    İyun 2025    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Şou biznes
Rayan Qoslinq "Ulduz müharibələri"nin yeni buraxılışında baş rolda oynayacaq
Rayan Qoslinq "Ulduz müharibələri"nin yeni buraxılışında baş rolda oynayacaq
Bred Pitt və Ancelina Coli 8 illik məhkəmədən sonra boşandılar
Bred Pitt və Ancelina Coli 8 illik məhkəmədən sonra boşandılar
Bred Pitt 30 yaş balaca sevgilisi ilə toyunu təxirə saldı: Səbəb təəccübləndirdi
Bred Pitt 30 yaş balaca sevgilisi ilə toyunu təxirə saldı: Səbəb təəccübləndirdi
Kirkorov Uspenskayaya təzminat ödəyəcək
Kirkorov Uspenskayaya təzminat ödəyəcək
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib