İsrail ordusu Qəzzaya daxil oldu
![](/uploads/posts/2021-05/medium/1620969900_israil-herbi-quvvelerinin-esgeri-yaralandi-terrorcu-gullelendi-627153.jpg)
“RİA Novosti” xəbər verir ki, bu barədə İsrail ordusunun mətbuat xidməti məlumat yayıb.
“Hazırda İsrail ordusunun HHQ və yerüstü dəstələri Qəzza bölgəsində əməliyyat keçirir”, - deyə məlumatda bildirilib.
Qeyd edək ki, son bir neçə gün ərzində Qəzzadan İsrail ərazisinə təxminən 1750 raket atılıb. Bunun nəticəsində 6 İsrail vətəndaşı həlak olub. Cavab zərbələri isə 103 fələstinlinin həyatına son qoyub.