Pandemiyalara səbəb olacaq on heyvan
Bu barədə “Nature Communications” jurnalında yayımlanan araşdırmada qeyd olunub.
Bir hürgüclü dəvə həmin heyvanlara daxildir. Daha əvvəl bu heyvanların Mers adlandırılan virusu daşıdıqları məlumdur. Gələn illərdə onların insanlara ötürüləcəyin mümkünlüyü bildirilir.
Dünyanın bir çox yerində xəzi üçün yetişdirilən qızıl tülkünün də koronaviruslara ev sahibliyi edə biləcəyi qeyd edilir.
Çox cəld olan bu heyvan təbiətə qaçsa, koronavirusu vəhşi canlılara ötürə bilər.
Virusu insanlara keçirəcək digər heyvanların isə panqolinlər, Asiya pişiyi, Afrika yaşıl meynunu, manda, donuz, ev pişiyi, kirpi, yarasadır.