Главная > Cəmiyyət > Bu gün Azərbaycanın xalq şairi, ictimai xadim Zəlimxan Yaqubun doğum günüdür.

Bu gün Azərbaycanın xalq şairi, ictimai xadim Zəlimxan Yaqubun doğum günüdür.


21-01-2020, 17:41. Разместил: azadses
Azadəs-in məlumatına görə, Zəlimxan Yusif oğlu Yaqubov (Zəlimxan Yaqub) 1950-ci ildə Borçalının Bolnisi rayonunun Kəpənəkçi kəndində anadan olub. Azərbaycan Dövlət Universitetinin kitabxanaçılıq fakültəsini bitirib. İlk şeiri 1966-cı ildə Gürcüstanın Bolnisi rayon qəzetində dərc edilib.
Bakıda "Azərkitab" sistemində, "Kitab pasajı" adlı kitab dükanında satıcı, baş satıcı, şöbə müdiri, Azərbaycan Könüllü Kitabsevərlər Cəmiyyətində təbliğat şöbəsində redaktor, şöbə müdiri, "Yazıçı" nəşriyyatının poeziya şöbəsində redaktor, şöbə müdiri vəzifələrində çalışıb.
1995-2005-ci illərdə Azərbaycan Respublikasının Milli Məclisinin deputatı olub.
“Məmməd Araz” ədəbi mükafatı (1995, H.Z.Tağıyev adına mükafatla (1995), "Şöhrət" ordeni və Gürcüstan Respublikasının "Şərəf" ordeni ilə təltif edilib. 2005-ci ildə "Azərbaycanın Xalq şairi" fəxri adına layiq görülüb. 2008-ci ildə aşıqlarının V qurultayında Azərbaycan Aşıqlar Birliyinin sədri seçilib. Zəlimxan Yaqub görkəmli dövlət xadimi Heydər Əliyevə “Əbədiyyət dastanı” poemasını ithaf edib. Şairin yetkin poeziya nümunələrindən ibarət kitabları çap edilib.
Xalq şairi 2016-cı il yanvarın 9-da uzun sürən ağır xəstəlikdən sonra dünyasını dəyişib və Bakıda Birinci Fəxri Xiyabanda dəfn olunub.
Вернуться назад