Главная > Cəmiyyət > Tətildə xəstələnməmək üçün bunları yeyin

Tətildə xəstələnməmək üçün bunları yeyin


21-01-2020, 10:50. Разместил: azadses
Üzərinə 2 qaşıq qatıq əlavə etsəniz...
Qarşıdan qış tətili gəlir. Soyuq havalar viruslu, yoluxucu xəstəliklərin yayılması üçün ən münbit zamandır. Bu müddət ərzində xüsusi ilə uşaqların səhhətinə diqqət böyük önəm daşıyır. Bəs soyuq qış tətili günlərində ailə üzvlərini xəstəlikdən qorumaq üçün bir neçə ipucu yetərli olacaq.
Nar yeyin 
Uşaqlar, o cümlədən böyüklər xəstəliklərdən qorunmaq üçün mövsüm meyvələrindən gündə ən azı 1-2 dəfə yeməlidirlər. Mövsümün ən qiymətli meyvəsi isə şübhəsiz ki nardır. Gündə azı 5 yemək qaşığı nar mükəməll bir vitamin və mineral mənbəyidir. Uşaqlar üçün isə gündə 3 qaşıq qatığın üzərinə 5 qaşıq nar əlavə edərək ləzzətli ara yeməyi hazırlamaq olar. 
Çərəzlərə yer açın
Tətil günlərinizdə səyahət planınız varsa mütləq şemodanlarda çərəzlər üçün yer ayırın. Ələxsusda fındıq, badam, qoza. Bu sayədə gün ərzində həm ziyanlı qidalardan heç olmasa bir dəfə uzaq dayana, həm də vitamin mineral əlavəsini qəbul edə biləcəksiniz. 
3 ovuc tərəvəz, 2 ovuc meyvə
Gündə 5 porsiya meyvə-tərəvəz qəbulunun mütləq olduğunu unutmayıb. Tətil günlərində evdə keçirilən vaxt da azalacaq. Bunun üçün restoran və kafedə də yemək zamanı bu prinsipi unutmayıb və rasionda tərəvəzlərin olmasına diqqət edin. Bu sizə yetərli miqdarda protein almaqa kömək edəcək. 




Вернуться назад