Главная > Cəmiyyət > Nazir saxta diplomlu məktəb direktorunu işdən çıxardı
Nazir saxta diplomlu məktəb direktorunu işdən çıxardı16-01-2020, 15:19. Разместил: azadses |
Ceyhun Bayramov əmr verdi Sosial şəbəkələrdə Yevlax şəhəri 1 nömrəli tam orta məktəbin direktoru Xalidə Əzizovanın diplomunun saxta olması ilə bağlı məlumat yayılıb. Azadsəs-in məlumatına görə, bildirilir ki, Xalidə Əzizovanın Kirovabad Pedoqoji İnstitutu tərəfindən verilən diplomu saxta çıxıb. Məsələ barədə Təhsil Nazirliyindən Oxu.Az-ın sorğusuna cavab olaraq qeyd edilib ki, Təhsil naziri Ceyhun Bayramovun müvafiq əmri ilə Yevlax şəhəri 1 nömrəli tam orta məktəbin direktoru Xalidə Əzizova ilə əmək müqaviləsinə 15 yanvar 2020-ci il tarixdə xitam verilib. Вернуться назад |