Главная > Cəmiyyət > Restoran, bərbərxana və gözəllik salonları iki gün işləməyəcək

Restoran, bərbərxana və gözəllik salonları iki gün işləməyəcək


28-11-2020, 08:44. Разместил: azadses
Bu gündən noyabrın 30-dək bütün ölkə ərazisində restoran, bərbərxana və gözəllik salonlarının fəaliyyəti dayandırılıb.
 
''Azad Səs'' xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarında bildirilir.
 
Qərara əsasən, 2020-ci il 21 noyabr saat 00:00-dan 28 dekabr saat 06:00-dək şənbə və bazar günləri həyati əhəmiyyət kəsb edən fəaliyyət növləri, o cümlədən aptek və ərzaq mağazaları istisna olmaqla digər bütün sahələr üzrə, həmçinin, restoran, bərbərxana və gözəllik salonlarında xidmət dayandırılır.



Вернуться назад