Главная > Cəmiyyət > Baş nazirdən magistratura imtahanları ilə bağlı mühüm qərar - bir mərhələ olacaq
Baş nazirdən magistratura imtahanları ilə bağlı mühüm qərar - bir mərhələ olacaq13-01-2020, 19:35. Разместил: azadses |
Nazirlər Kabineti Baş nazir Əli Əsədovun Ali təhsil müəssisələrinin və Milli Elmlər Akademiyasının magistraturalarına qəbul qaydalarına dəyişikliklər haqqında qərarını şərh edib. Azadsəs Oxu.Az-a istinadən xəbər verir ki, dəyişikliklər beynəlxalq təcrübəyə əsaslanır. Belə ki, qərar magistraturaya qəbul imtahanının yalnız bir mərhələdə - ümumi intellekt səviyyəsinin (məntiqi təfəkkürün), informatika və xarici dil üzrə biliklərin qiymətləndirilməsi üzrə keçirilməsini nəzərdə tutur. Hazırda isə imtahanlar iki mərhələdə aparılır: I mərhələ - ümumi intellekt səviyyəsinin (məntiqi təfəkkürün), informatika və xarici dil üzrə biliklərin qiymətləndirilməsi; II mərhələ - ixtisas fənləri üzrə biliklərin qiymətləndirilməsi. Вернуться назад |