Главная > Cəmiyyət > Bu həftə Azərbaycanda karantin rejimi yenidən sərtləşdirilir? - AÇIQLAMA

Bu həftə Azərbaycanda karantin rejimi yenidən sərtləşdirilir? - AÇIQLAMA


18-11-2020, 11:42. Разместил: azadses
Dünyada və Azərbaycanda koronavirusa yoluxanların sayı kəskin artıb. Belə ki, noyabrın 17-də 2075 nəfər koronavirusa yoluxub, 20 vətəndaş isə vəfat edib. Yoluxma artma dinamikası ilə davam edərsə, Azərbaycanda karantin rejimi yenidən sərtləşdirilə bilərmi?
Bununla bağlı Sonxeber.az-a danışan uzman həkim Vasif İsmayıl bildirib ki, bu gün bütün dünya və Azərbaycan koronavirusun ikinci dalğasını yaşayır:
"Biz hələ ikinci dalğanın zirvəsinə çatmamışıq. Gündəlik yoluxma sayı getdikcə artacaq. Əgər Azərbaycanın hazırladığı yataq fondu dolarsa, yenidən qapadılmaya gedilə bilər. Koronavirusun peyvəndi tapılmayana qədər bu xəstəlik bizimlə yaşayacaq. Mütləq koronavirusun təsirli vaksini tapılmalıdır. Əgər təsirli peyvənd və ya dərman tapılmasa, bu virus uzun müddət bizimlə yaşayacaq. Bu məsələ isə insanlardan asılı olacaq. Əgər vətəndaşlarımız qoyulan qaydalara əməl etsə və maska taxıb, sosial məsafəni qorusa, yoluxma təhlükəsi aşağı düşə bilər".

Вернуться назад