Главная > Cəmiyyət > Düşmənin saxta informasiya hücumlarının qarşısını almaq üçün sayt yaradılıb

Düşmənin saxta informasiya hücumlarının qarşısını almaq üçün sayt yaradılıb


31-10-2020, 09:03. Разместил: azadses
Düşmənin Azərbaycan xalqı arasında inamsızlıq və çaşqınlıq yaratmaq məqsədilə internet resurslarında və sosial şəbəkələrdə saxta-feyk xəbərlərinin qarşısının alınması üçün yeni sayt yaradılıb.
''Azad Səs'' ''Report'' -a istinadən xəbər verir ki, kütləvi şikayətin təmin olunması məqsədilə yaradılan 
www.fake.az internet saytı fəaliyyətə başlayır.
Belə ki, istifadəçilər sayta qeydiyyatsız daxil olaraq şikayət olunan hesabların linkini bazaya əlavə edə biləcək.
Həmçinin bazaya daxil edilmiş linklər vasitəsilə aidiyyəti üzrə facebook, telegram, apple, google və s. şikayət etmək və bazaya daxil edilmiş şikayətlərin səbəbləri ilə tanış olmaq olmaq mümkündür.
Əlavə olaraq,Telegram mobil tətbiqində @FakeazBot-dan istifadə edərək şikayət olunan hesabların linkini bazaya daxil etmək mümkündür.

Вернуться назад