Главная > Cəmiyyət > FHN-dən dəm qazı təhlükəsi ilə əlaqədar əhaliyə MÜRACİƏT
FHN-dən dəm qazı təhlükəsi ilə əlaqədar əhaliyə MÜRACİƏT27-10-2020, 14:46. Разместил: azadses |
Havaların soyuması ilə əlaqədar olaraq əhalinin təbii qaza olan tələbatının artması fonunda qaz cihazlarından istifadə zamanı təhlükəsizlik qaydalarının pozulması dəm qazı təhlükəsi yaradır. Bu barədə ''Azad Səs'' -ə Fövqəladə Hallar Nazirliyindən bildirilib. Məlumata görə, ölümlə nəticələnə bilən bu təhlükə ilə üzləşməmək üçün aşağıda göstərilən qaydalara əməl olunmalıdır: qaz cihazı saz və standartlara uyğun olmalı; cihaz olan məkanın hündürlüyü 2 metr 20 santimetrdən az olmamalı; havaçəkən sistem işləməli, nəfəslik açıq olmalı; hamam otağında ventilyasiya borusu, qapının aşağısında dəliklər olmalı; tüstü bacaları ildə iki dəfə təmizlənməlidir. Yadda saxlayın! Dəm qazı iysizdir, hiss edilmir! Dəm qazından zəhərlənmənin əlamətləri: baş ağrısı, baş gicəllənməsi, ürək bulanması, halsızlıq. Dəm qazından zəhərlənmiş insanı təmiz havaya çıxarıb, nəfəsalmasını çətinləşdirən geyimlərdən azad etmək, təcili tibbi yardım çağırmaq lazımdır! Unutmayın: Qaydalara biganəlik - həyatımıza təhlükədir! Təhlükə zamanı 112-yə zəng edin! Вернуться назад |