Главная > Cəmiyyət > Pirotexniki vasitə satan daha üç nəfər saxlanıldı

Pirotexniki vasitə satan daha üç nəfər saxlanıldı


1-01-2020, 15:50. Разместил: azadses
Ötən gün Bakının Nəsimi və Xətai rayonlarında pirotexniki vasitələrin satışı ilə məşğul olan şəxslər saxlanılıb.
Azadsəs Oxu.Az-a istinadən xəbər verir ki, dekabr ayının 31-i paytaxtın Nəsimi rayonu ərazisində pirotexniki vasitələrin satışı ilə məşğul olan Bakı şəhər sakini 1989-cu il təvəllüdlü V.Süleymanov, Kürdəmir rayon sakini 1969-cu il təvəllüdlü İ.Əliyev, Bakı şəhər sakini 1982-ci il təvəllüdlü Y.Amanov  saxlanılıb. 
Bundan başqa Xətai rayonu ərazisində pirotexniki vasitələrin satışı ilə məşğul olan Bakı şəhər sakini 1979 -cu il təvəllüdlü X.Əliyev də saxlanılıb. Saxlanılanlar barəsində İXM-nin 442-ci maddəsi ilə protokol tərtib olunub.
Faktla bağlı araşdırma aparılır.
Вернуться назад