Главная > Cəmiyyət > Bakı məktəblərinin tibb məntəqələrində bir sıra çətinliklər aşkarlanıb

Bakı məktəblərinin tibb məntəqələrində bir sıra çətinliklər aşkarlanıb


15-10-2020, 13:28. Разместил: azadses
Səhiyyə Nazirliyi kronavirusla bağlı Bakı məktəblərində monitorinq keçirdi Səhiyyə Nazirliyi Bakı məktəblərinin tibb məntəqələrində monitorinq keçirib.
''Azad Səs'' “Qafqazinfo”-ya istinadən xəbər verir ki, bu barədə Bakı şəhər Baş Səhiyyə İdarəsi, Ambulator-poliklinik xidmətin təşkili sektorunun müdiri Esmira Hacıyeva bildirib. Onun sözlərinə görə, monitorinqlərin keçirilməsində məqsəd “COVID-19” xəstəliyinin qarşısının alınması, tibb məntəqələrində zəruri işlərin düzgün aparılması, sağlamlığın qorunması və eyni zamanda “Xüsusi karantin dövründə Azərbaycan Respublikasında fəaliyyət göstərən təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin təşkilinin müvəqqəti qaydalarının təsdiq edilməsi barədə” qərarının tələblərinin əməl olunmasının araşdırılmasıdır.
Monitorinqlər Bakı şəhərinin Yasamal, Nəsimi, Binəqədi, Nərimanov və digər rayonlarında fəaliyyət göstərən məktəblərin tibb məntəqələrində həyata keçirilib. Aparılmış yoxlamaların nəticəsində məktəblərin tibb heyətləri və eyni zamanda xidməti ərazi uşaq poliklinikaları tərəfindən tibbi xidmətin göstərilməsinin gücləndirilməsi məqsədilə əlavə olaraq həkim pediatrlar və tibb bacıları cəlb edilib. “Məktəbə gələn hər bir şagird və müəllimin termometriyası aparılır, hərarət aşkar olunduğu halda həmin şəxs xüsusi ayrılmış karantin otağına yerləşdirilir. Bundan sonra bu haqda dərhal məktəbin və ərazi poliklinikasının rəhbərliklərinə, uşaq xəstələnən halda isə onun valideynlərinə məlumat çatdırılır. Bundan əlavə, tibbi məntəqələr spirttərkibli dezinfeksiyaedici məhlullarla təmin edilib, ilkin tibbi yardım üçün nəzərdə tutulmuş dərman preparatları ilə təmin edilib”.
E. Hacıyeva məktəblərin tibb məntəqələrinin iş prosesində yaranan çətinliklərdən danışıb və onların tezliklə aradan qaldırılması istiqamətində tapşırıq verildiyini bildirib.

Вернуться назад