Главная > Cəmiyyət > DİN vətəndaşlara müraciət etdi

DİN vətəndaşlara müraciət etdi


5-10-2020, 12:36. Разместил: azadses
Silahlı Qüvvələrimizin cəbhədə qazandığı uğurlar, qələbə xəbərləri vətəndaşlarımızda böyük ruh yüksəkliyi, çoşqu yaradıb. Lakin təəssüflər olsun ki, ayrı-ayrı şəxslər öz müsbət emosiyalarını indiki həssas məqamda tamamilə yolverilməz olan şəkildə - fişənglərdən istifadə etməklə, atəşfəşanlıqla qeyd edirlər.
Bu barədə "Azad Səs"-ə DİN-in Mətbuat Xidmətindən məlumat verilib.
"Vətəndaşlarımızı bu cür hərəkətlərdən çəkinməyə, pirotexniki vasitələrdən istifadə etməməyə çağırır, hər bir şəxsdən ölkədəki hərbi vəziyyət rejiminin tələblərinə uyğun davranmağı xahiş edirik", - məlumatda qeyd olunub.



Вернуться назад