Главная > Cəmiyyət > Azərbaycanın “Avroviziya-2021” mahnı müsabiqəsində iştirakı təsdiqləndi

Azərbaycanın “Avroviziya-2021” mahnı müsabiqəsində iştirakı təsdiqləndi


18-09-2020, 10:44. Разместил: azadses
Gələn il Niderland Krallığının Rotterdam şəhərində keçiriləcək mahnı müsabiqəsində ölkəmizin iştirakı təsdiqlənib.''Azad Səs'' Oxu.az-a istinadən xəbər verir ki,
İctimai Televiziya və Radio Yayımları Şirkətindən verilən məlumata görə, 18, 20 və 22 may tarixlərində Rotterdamda baş tutacaq “Avroviziya-2021” mahnı müsabiqəsində ölkəmizi Samirə Efendi təmsil edəcək.
Qeyd edək ki, dünyanın ən baxımlı və populyar mahnı müsabiqəsi olan “Avroviziya”nın Azərbaycanda rəsmi yayım hüququ İctimai Televiziya və Radio Yayımları Şirkətinə məxsusdur.
“Avroviziya-2021” mahnı müsabiqəsinin Azərbaycan üzrə nümayəndə heyətinin rəhbəri bəstəkar İsa Məlikovdur.


Вернуться назад