Главная > Cəmiyyət / Manset > Bakının bu hissəsi susuz qalacaq

Bakının bu hissəsi susuz qalacaq


11-12-2019, 10:35. Разместил: azadses
Magistral su xəttində yenidənqurma aparılır
Bakının Səbail rayonunun bəzi ərazilərində su olmayacaq. “Azərsu” ASC-dən verilən məlumata görə, Səbail rayonu ərazisində magistral su xəttində yenidənqurma işlərinin aparılması ilə əlaqədar 11 dekabr 2019-cu il tarixində gün ərzində Badamdar qəsəbəsi və 20-ci sahə yaşayış massivinə içməli suyun verilməsində məhdudiyyət olacaq.
Yaranmış narahatlıqla əlaqədar “Azərsu” ASC abonentlərdən üzr istəyir.




Вернуться назад