Главная > Cəmiyyət > Deputat təhsil haqları ilə bağlı məsələ qaldırdı

Deputat təhsil haqları ilə bağlı məsələ qaldırdı


10-09-2020, 13:51. Разместил: azadses
“Azərbaycanda orta aylıq əmək haqqı 700 manatdan çoxdur. Təhsil haqları isə buna adekvat deyil”.
Oxu.Az-ın müxbiri xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında deputat Əli Məsimli deyib. 
Onun sözlərinə görə, komitə təhsil haqları ilə bağlı məsələni müzakirə etməlidir. Millət vəkili bildirib ki, Azərbaycanda təhsil haqqının orta qiyməti 1500 manatdan çoxdur. 
“Bunu isə hər ailə ödəyə bilmir. Buna görə də, təklif edirəm ki, Milli Məclisin payız sessiyası dövründə təhsil haqlarının aşağı salınması məsələsi müzakirə olunsun”,- deyə Ə.Məsimli əlavə edib.

Вернуться назад