Главная > Cəmiyyət > Azərbaycanda bölgələr üzrə virusa yoluxma GÖSTƏRİCİLƏRİ

Azərbaycanda bölgələr üzrə virusa yoluxma GÖSTƏRİCİLƏRİ


10-09-2020, 10:10. Разместил: azadses
Azərbaycanda bölgələr üzrə koronavirusa yoluxmada son vəziyyət açıqlanıb. 
 
''Azad Səs'' Baxar.az-a istinadən xəbər verir ki, son məlumatlardakı rəqəmlər ən çox yoluxmanın Bakıda qeydə alındığını göstərir.
 
Sonrakı yerlərdə 15,6 faizlə Abşeron, 10,3 faizlə Aran, 6,4 faizlə Gəncə-Qazax, 4,3 fazilə Lənkəran, 2 faizlə Quba-Xaçmaz, 1,7 faizi Şəki-Zaqatala, 1,6 faizlə Dağlıq Şirvan 1 faizlə Yuxarı Qarabağ qərarlaşıb.
Rəsmi məlumata görə, ən az yoluxma 0,4 fazilə Naxçıvan Muxtar Respublikasındadır.
 
Bildirilib ki, Azərbaycandakı koronaviruslu xəstələrin 0,7 faizi ölkə xaricində yoluxanlardır.
 
Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 175 yeni yoluxma faktı qeydə alınıb, 154 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb, 3 nəfər vəfat edib. (modern.az)

Вернуться назад