Главная > Cəmiyyət > BNA tapşırıq verdi: Taksi qiymətləri bahalaşdı
BNA tapşırıq verdi: Taksi qiymətləri bahalaşdı9-09-2020, 11:59. Разместил: azadses |
Artıq iki gündür ki, paytaxtda taksi qiymətləri bahalaşıb. ''Azad Səs'' Hokm.az-a istinadən xəbər verir ki, məsafədən asılı olaraq, bütün taksi xidmətlərində 30-60 qəpik arasında, təxminən 10% miqdarında bahalaşma qeydə alınıb. Bahalaşmanın səbəbi ilə bağlı taksi şirkətlərindən biri – “Salam Taksi”dən saytımıza bildirilib ki, qiymət artımı Bakı Nəqliyyat Agentliyinin (BNA) göstərişi ilə həyata keçirilib. “Bakı Nəqliyyat Agentliyi bütün taksi şirkətlərinin qiymətlərini qaldırmaqla bağlı göstəriş verib”, – deyə bildirilib. Qeyd edək ki, məsələ ilə bağlı BNA-ya sorğu göndərilib.PARLA Вернуться назад |