Главная > Cəmiyyət > TƏBİB qrip əleyhinə hansı vaksindən istifadə ediləcəyini açıqladı
TƏBİB qrip əleyhinə hansı vaksindən istifadə ediləcəyini açıqladı29-08-2020, 12:29. Разместил: azadses |
“Payız-qış mövsümündə 4 valentli qrip əleyhinə vaksinlərdən istifadə olunacaq”. ''Azad Səs'' “Report”-a istinadən xəbər verir ki, bunu Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyəti yanında tibbi-elmi komitənin sədri Akif Qurbanov Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində çıxışı zamanı deyib. Onun sözlərinə görə, vaksinlər qripə qarşı immuniteti olmaları üçün sağlam insanlara vurulur: “Vaksinlər sınanmış və zərərsizdir. Bunun da, ilk növbədə, risk qrupuna aid şəxslərə vurulması nəzərdə tutulur. Bu da koronavirusa qarşı onların immun sistemini gücləndirməyə şərait yaradacaq”. Вернуться назад |