Главная > Cəmiyyət > Ticarət mərkəzlərinin açılması müzakirə olunur
Ticarət mərkəzlərinin açılması müzakirə olunur29-08-2020, 11:17. Разместил: azadses |
“Məktəblərin açılması ilə əlaqədar valideynlərin alış-verişinin təşkil edilməsi üçün müəyyən yarmarkalar təşkil edilə bilər”. ''Azad Səs'' "Report"-a istinadən xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirilən brifinqində deyib. Onun sözlərinə görə, ticarət mərkəzlərinin açılması müzakirə mövzusudur: “Bu məsələ müzakirə edildikdən sonra əlavə məlumat veriləcək”. Вернуться назад |