Главная > Cəmiyyət > Gələn həftə hansı şəhər və rayonda sərt karantin rejimi tətbiq ediləcək? - TƏBİB-dən AÇIQLAMA

Gələn həftə hansı şəhər və rayonda sərt karantin rejimi tətbiq ediləcək? - TƏBİB-dən AÇIQLAMA


27-08-2020, 10:38. Разместил: azadses
Xəbər verdiyimiz kimi, Şirvan şəhərində koronavirusa yoluxma hallarının artdığı müəyyən edilib. Qeyd edək ki, hazırda 13 rayon və şəhərdə yəni Bakı, Cəlilabad, Gəncə, Masallı, Mingəçevir, Sumqayıt, Yevlax, Abşeron, Bərdə, Goranboy, Göygöl, Xaçmaz, Salyanda sərt karantin rejimi tədbiq edilir. 13 şəhər və rayonda tətbiq edilən sərt karantin rejimi sentyabrın 1-də bitməsi gözlənilsə də daha bir neçə rayonda yoluxanların sayında artma müşahidə olunur. Gələn həftə daha hansı rayon və şəhərdə sərt karantin rejimi tətbiq edilə bilər?
Bununla bağlı KONKRET.az-a danışan “Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyinin” (TƏBİB) mətbuat katibi Rəvanə Əliyeva bildirib ki, bu barədə məlumatlar və qərarlar Operativ Qərargah tərəfindən verilir:
“Gündəlik yoluxanların, sağalanların və ölənlərin sayı ilə bağlı məlumatlar koronavirusinfo.az saytında qeyd edilir. Eləcə də bölgələr üzrə yoluxma faizlərinə bu saytda baxa bilərsiniz. Ümumilikdə isə ölkə üzrə epidemoloji nəzarət Səhiyyə Nazirliyi tərəfindən aparılır. Növbəti həftə hansı rayon və şəhərdə sərt karantin rejimi tətbiq edilməsi ilə bağlı qərarı Operativ Qərargah tərəfindən veriləcək”.

Вернуться назад