Главная > Cəmiyyət > Daşkəsənin qaz təchizatında fasilə olacaq

Daşkəsənin qaz təchizatında fasilə olacaq


27-08-2020, 09:45. Разместил: azadses
Bu gün və sabah Daşkəsən rayonunun qaz təchizatında fasilə olması gözlənilir.
Bu barədə “Report”a Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyindən məlumat verilib.
Məlumata görə, SOCAR-ın "Qaz İxrac" İdarəsi “Daşkəsən” Qaz Paylayıcı Stansiyasında (QPS) texnoloji hissənin yenidən qurulması işlərini həyata keçirəcək. 
Təmir işlərinin gedişatından asılı olaraq bir-neçə yaşayış məntəqəsində qaz təchizatı bu gün bərpa edilə bilər.

Вернуться назад