Главная > Cəmiyyət > Ramiz Mehdiyevin nəvəsinin toyundan yeni görüntülər yayıldı-VİDEO+SİYAHI

Ramiz Mehdiyevin nəvəsinin toyundan yeni görüntülər yayıldı-VİDEO+SİYAHI


26-08-2020, 23:58. Разместил: azadses
Ramiz Mehdiyevin nəvəsinin qalmaqal yaradan toyundan yeni görüntülər yayılıb. Qeyd edək ki, koronavirus pandemiyası ilə bağlı, martdan bəri Azərbaycanda toylara qadağa var.
Daha öncə yayılan video ilə əlaqədar 2 nəfər həbs edilib. 22 nəfər isə 400 manat cərimə olunmuşdur.
Siyavuş Novruzov isə YAP-da olan vəzifəsindən istefa vermişdi.
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti Ramiz Mehdiyevin kürəkəni sabiq deputat İlham Əliyevin övladının toyunda iştirak edən daha bir qrup şəxs cəzalandırılıb.
 17 nəfər xüsusi karantin qaydalarını pozduqlarına görə cərimələniblər.
Həmin şəxslər polis tərəfindən İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) ilə cərimə ediliblər.
Daxili İşlər Nazirliyi faktı təsdiqləyib. 
Qeyd edək ki, sabiq millət vəkili İlham Əliyev qızına karantin qaydalarını pozaraq toy mərasimi keçirib. Nəticədə Abşeron Rayon Məhkəməsində sabiq deputat İlhаm Əliyev və onu qudası Rövşən Mustafayevin inzibati məsuliyyətə cəlb edilməsi ilə bağlı məhkəmə prosesi keçirilib. Hər iki şəxs 15 sutka müddətinə inzibati qaydada həbs olunub.
Xatırladaq ki, bundan əvvəl Bakı Dövlət Universitetinin sabiq rektoru Abel Məhərrəmov, AMEA Prezidentinin müşaviri Əli Abbasov, Yeni Azərbaycan Partiyası (YAP) İcra katibinin müavini, Milli Məclisin deputatı Siyavuş Novruzov, Ombudsman Səbinə Əliyeva, Murad Adıgözəlzadə və həyat yoldaşı Aysel Adıgözəlzadə xüsusi karantin qaydalarını pozduqlarına görə hər biri 400 manat məbləğində cərimə olunublar.
Videoda olan şəxslərdən aşağıdakılar aydın formada tanınır.
 
Mustafayev Fərid Rövşən oğlu (Bəyin qardaşı, polis baş leytenantı)
Əliyev Bəxtiyar Həmzə oğlu (Ağdamdan deputat)
Əliyeva Kamilə Ramiz qızı (Akademikin qızı, BDU Sosial və pedaqoji psixologiya kafedrasının müdiri)
Əliyeva Səbinə Yaşar qızı (Azərbaycanın ombudsmanı)
Teymurzadə Aysel Məhəmməd qızı (Eurovision müğənni)
Mehdiyeva Nigar İsmayıl qızı (Akademikin gəlini, Bank “BTB” ASC-nin müşahidə şurasının üzvü)
Əliyev Fikrət Səftər oğlu (İlham Əliyevin qardaşı - Sabiq MTN polkovniki)
Fəridə Əliyeva (Fikrət Əliyevin həyat yoldaşı)
Əliyev Orxan Fikrət oğlu (İlham Əliyev qardaşı oğlu, Ailə TV-nin rəhbəri)
Əliyev Səftər Fikrət oğlu (Deputat İlham Əliyev qardaşı oğlu, "AQUA SAFE" və "E and S" şirkətlərinin sahibi)

https://alo103.com/

Вернуться назад