Главная > Cəmiyyət > Azərbaycanın fintex ekosistemində fırıldaqçılığa məruz qalanların 20 %-i qadınlar olub

Azərbaycanın fintex ekosistemində fırıldaqçılığa məruz qalanların 20 %-i qadınlar olub


Dünən, 14:53. Разместил: azadses
Azərbaycanın fintex ekosistemində fırıldaqçılığa məruz qalanların 20 %-ni qadınlar, 6,7 %-ni kişilər, 73,3 %-ni isə hər iki cinsdən olan şəxslər təşkil edir.

“Report” xəbər verir ki, bu məlumat Azərbaycan Fintex Assosiasiyasının fırıldaqçılıq halları və onların təsiri ilə bağlı keçirdiyi sorğunun nəticələrində əksini tapıb.

Araşdırmaya görə, fintex ekosistemində fırıldaqçılığa ən çox 45-54 yaş aralığındakı şəxslər, daha sonra 25-34 və 35-44 yaş aralığındakılar məruz qalıb.

Fırıldaqçılığın qurbanları arasında sosial status baxımından əsasən müəssisələrdə çalışanlar, təqaüdçülər və işsiz şəxslər üstünlük təşkil edir.

Azərbaycanda fintex müştərilərinin ən çox rastlaşdığı fırıldaqçılıq növləri fişinq hücumları, bank əməkdaşı adından edilən saxta zənglər, müştəri məlumatlarının ələ keçirilməsinə yönəlmiş zənglər və saxta onlayn mağazalar adından edilən çağırışlardır.

Fintex təşkilatlarının qiymətləndirməsinə görə, əsas risklər naməlum linklərə keçid edilməsi, OTP (birdəfəlik şifrə) paylaşılması, kart məlumatlarının açıqlanması və mobil cihazlara naməlum proqramların yüklənməsi zamanı yaranır.


Вернуться назад