Главная > Cəmiyyət > Zığ dairəsi – Hava Limanı yolunda endirilmiş sürət həddi bərpa edilib - YENİLƏNİB
Zığ dairəsi – Hava Limanı yolunda endirilmiş sürət həddi bərpa edilib - YENİLƏNİB15-02-2025, 13:04. Разместил: azadses |
Zığ dairəsi - Hava Limanı yolunda bəzi zolaqlar üzrə 20 km/saat endirilmiş sürət həddi bərpa edilərək əvvəlki vəziyyətinə qaytarılıb. Bu barədə “Report”a DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən məlumat verilib. “Yağışlı hava ilə əlaqədar olaraq Zığ dairəsi-Hava Limanı yolunda bəzi zolaqlar üzrə 20 km/saat endirilən sürət həddi bərpa edilərək əvvəlki vəziyyətinə qaytarılıb”, - məlumatda deyilir. 2025-02-14 11:44 Yağışlı hava şəraiti ilə əlaqədar olaraq Zığ dairəsi-Hava Limanı yolunda bəzi zolaqlar üzrə sürət həddi 20 km/saat endirilib. "Report" xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb. Bildirilib ki, NİİM-in əməkdaşları tərəfindən məlumat-sürət tablolarında dəyişiklik edilib: "Eyni zamanda tablolarda "sürüşkən yol" işarəsi qoyulub. Sürücülərdən müəyyən olunan sürət həddinə əməl etmələri xahiş edilir". Вернуться назад |