Главная > Cəmiyyət > Gənclər Fondu auditor seçib
Gənclər Fondu auditor seçibDünən, 17:19. Разместил: azadses |
Gənclər Fondu 2023-cü il üzrə maliyyə hesabatlarının beynəlxalq standartlara uyğun auditi ilə bağlı elan etdiyi kotirovka sorğusuna yekun vurub. "Report" dövlət satınalmalarının vahid internet portalına istinadən xəbər verir ki, sorğunun qalibi "Tax Audit" MMC-dir. Qalib şirkətə 3 965 manat ödəniləcək. Ötən il bu tenderin qalibi "Azəruçot" MMC olub. Şirkətə 10 450 manat ödənilib. Gənclər Fondu ölkə Prezidentinin 29 dekabr 2012-ci il tarixli fərmanı ilə yaradılıb, dövlət başçısının 7 mart 2018-ci il tarixli fərmanı ilə publik hüquqi şəxsə çevrilib. Вернуться назад |