Главная > Cəmiyyət > Nazirlər Kabinetindən daha bir qadağa gəlir
Nazirlər Kabinetindən daha bir qadağa gəlir22-08-2020, 21:42. Разместил: azadses |
![]() Bundan əlavə, beynəlxalq poçt göndərişləri və ya daşıyıcı şirkət vasitəsilə eyni fiziki şəxsin adına gətirilən malların dəyəri isə hər təqvim ayı ərzində 300 ABŞ dollarını keçməməlidir. Əvvəlki qərara əsasən bu məbləğ bir şəxs üzrə 1000 ABŞ dolları olub. Fiskal məqsəd, yəni büdcəyə daha çox vəsait yığmaq üçün edilən bu dəyişiklik dolanışığını xaricdən mal alıb, gömrük rüsumu ödəmədən ölkəyə gətirən və daxildə satmaqla təmin edən xırda ticarətçilər üçün ağır zərbədir. Bu yolla ailə dolandıranların yalnız qazancları azaldılmır, həm də onlar bazardan sıxışdırılaraq çıxarılır. Hesab edirəm ki, xüsusilə də pandemiya dövründə ölkəyə məqsədindən asılı olmayaraq malların gətirilməsi və idxalı qaydaları sərtləşdriilməli deyil, əksinə liberallaşdırılmalıdır ki, daxili bazarda əmtəə bolluğu təmin olunsun, qiymətlər də sabit qalsın. İndiki halda isə qəbul edilən qərarlar həm qiymətlərə artırıcı təsir göstərəcək, həm də poçt göndərilşlərinin azalmasına və bununla məşğul olan şirkətlərin dövriyyəsinin aşağı düşməsinə gətirib çıxaracaq. Bu tədbir, həmçinin manatın devalvasiyanı ertələməyə xidmət edir, ölkədən valyuta çıxarılmasının məhdudlaşdırılması məqsədi daşıyır. Вернуться назад |