Главная > Cəmiyyət > Cəlilabadda pambıq yığımı başlayıb, məhsuldarlığın ötən ilə nisbətən artacağı proqnozlaşdırılır

Cəlilabadda pambıq yığımı başlayıb, məhsuldarlığın ötən ilə nisbətən artacağı proqnozlaşdırılır


24-10-2024, 15:43. Разместил: azadses
Cəlilabad rayonunda pambıq tarlalarında məhsul yığımına başlanılıb.

Bu barədə “Report”un Muğan bürosuna Cəlilabad Dövlət Aqrar İnkişaf Mərkəzindən məlumat verilib.

Məlumata görə, bu il rayonda 300 hektar sahədə pambıq əkilib. Hər hektara görə 30-35 sentner məhsul toplanacağı gözlənilir.

Ötən il 250 hektar sahədə pambıq əkilib və orta məhsuldarlıq hər hektara hazırda gözlənilən rəqəmdən bir neçə sentner aşağı olub.

Qeyd edək ki, yığımdan əvvəl pambıq kollarının yarpaqlarının tökülməsi məqsədi ilə tarlalarda defolvasiya işləri aparılıb. Hazırda məhsulun yığımı davam edir.


Вернуться назад