Главная > Cəmiyyət > Hava kəskin dəyişir - XƏBƏRDARLIQ

Hava kəskin dəyişir - XƏBƏRDARLIQ


22-08-2020, 11:25. Разместил: azadses
Azərbaycanda müşahidə olunan hava şəraiti ilə əlaqədar xəbərdarlıq edilib.
Milli Hidrometeorologiya Xidmətindən BAKU.WS-ə verilən məlumata görə, avqustun 24-dək Bakıda və Abşeron yarımadasında hava şəraitinin qeyri-sabit keçəcəyi, şimal-qərb küləyinin 18-23 m/s, arabir 25-30 m/s, 22-si axşam, 23-ü gecə və səhər yarımadanın bəzi yerlərində arabir 32-35 m/s-dək güclənəcəyi gözlənilir. Havanın temperaturu ötən günlərlə müqayisədə tədricən 8-10° aşağı enəcək.
Avqustun 24-ü gündüzədək ölkə ərazisində hava şəraitinin qeyri-sabit keçəcəyi, şimşək çaxacağı, arabir leysan xarakterli yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv və güclü olacağı, dolu düşəcəyi ehtimalı var.
Qərb küləyi 15-20 m/s, arabir 23-28 m/s, ayrı-ayrı yerlərdə arabir 30-35 m/s-dək güclənəcək. Havanın temperaturu tədricən 5-10° aşağı enəcək. Çaylarda sululuğun artacağı, Böyük və Kiçik Qafqazın bəzi dağ çaylarından qısamüddətli daşqın və sel keçəcəyi ehtimal olunur.


Вернуться назад