Главная > Cəmiyyət > Biləsuvarda nar yığımı başlayıb

Biləsuvarda nar yığımı başlayıb


30-09-2024, 13:04. Разместил: azadses
Biləsuvar rayonunda nar yığımı başlayıb.

"Report"un Muğan bürosunun məlumatına görə, hazırda rayon ərazisində 785,60 hektar sahədə nar bağları mövcuddur.

Ötən il sahələrdən 39 062 sentner məhsul əldə olunub.

2023-cü il narın orta məhsuldarlığı hektara 49,8 sentnerə bərabər olub.

Həmçinin ötən il Biləsuvarın meyvə və giləmeyvə bağlarından 91 384,60 sentner məhsul əldə edilib.


Вернуться назад