Главная > Cəmiyyət > Qardaşına terror törətməkdə kömək etmiş şəxs 55 il həbs cəzası aldı

Qardaşına terror törətməkdə kömək etmiş şəxs 55 il həbs cəzası aldı


21-08-2020, 08:42. Разместил: azadses
2017-ci ildə Mançesterdə stadionda partlayış törətmiş intiharçı-terrorçunun qardaşı 55 il həbs cəzasına məhkum edilib.
Bu barədə BBC məlumat yayıb.
Haşem Abid qardaşı Salmana 22 nəfərin ölümü ilə nəticələnən terror aktını planlaşdırmaqda kömək edib.
İttihamçı tərəf bəyan edib ki, H.Abid qardaşının 22 may 2017-ci ildə törətdiyi terrora şərikdir.
Qeyd edək ki, 2017-ci ildə “Mançester Arena” stadionunda amerikalı müğənni və aktrisa Ariana Qrandenin konserti zamanı iki güclü partlayış baş verib. Hadisə nəticəsində 22 nəfər ölüb, 60 nəfərə yaxın insan xəsarət alıb.


Вернуться назад