Главная > Cəmiyyət > Dövlət Miqrasiya Xidməti vətəndaşlara və əcnəbilərə müraciət etdi

Dövlət Miqrasiya Xidməti vətəndaşlara və əcnəbilərə müraciət etdi


20-08-2020, 10:56. Разместил: azadses
Dövlət Miqrasiya Xidməti Azərbaycanda olan və yaşayan əcnəbilər, vətəndaşlığı olmayan şəxslər və Azərbaycan vətəndaşları üçün yeni elan verib.
“Azad Səs” xəbər verir ki, Azərbaycan vətəndaşlığına qəbul, Azərbaycan vətəndaşlığından çıxma və vətəndaşlığa bərpa ilə bağlı əcnəbilərin, vətəndaşlığı olmayan şəxslərin və Respublikası vətəndaşlarının müraciətləri 20 avqustdan etibarən həftənin I-V günləri saat 09:00-dan 18:00-dək (13:00-dan 14:00-dək nahar fasiləsi) Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin mərkəzi aparatında və regional miqrasiya idarələrinin (Bakı şəhər regional miqrasiya idarəsi istisna olmaqla) inzibati binalarında qəbul ediləcək. 


Вернуться назад