Главная > Cəmiyyət > Tələbələrin bir ali məktəbdən digərinə köçürülməsinə başlanılıb

Tələbələrin bir ali məktəbdən digərinə köçürülməsinə başlanılıb


17-08-2020, 11:38. Разместил: azadses
Avqustun 17-dən tələbələrin köçürülməsi prosesinə start verilib.
Təhsil Nazirliyindən verilən məlumata görə, elektron sənəd qəbulu avqustun 23-nədək davam edəcək.
Tələbələrin ölkə daxilində və xaricdə yerləşən ali təhsil müəssisələrindən köçürülməsi, yaxud bir ixtisasdan digərinə dəyişdirilməsi, eləcə də ölkəmizdə yerləşən orta ixtisas təhsili müəssisələri tələbələrinin, magistratura səviyyəsində təhsilalanların köçürülməsi transfer.edu.az portalı vasitəsi ilə həyata keçirilir.
Portala müraciət edən şəxslər köçürülmək istədiyi təhsil müəssisəsini seçmək imkanına malikdir. Bunun üçün təhsilalanlar tələb olunan məlumatları daxil etməklə, köçürülmə meyarlarına uyğun gəlib-gəlmədiyini müəyyən edə bilərlər.
Qeyd edək ki, Təhsil Nazirliyi tərəfindən yaradılan transfer.edu.az portalı tələbələrin köçürülməsi prosesinin sadələşdirilməsinə və şəffaflığın təmin olunması məqsədinə xidmət edir. Portal fəaliyyətə başladığı gündən bu günədək doqquz mindən çox tələbənin köçürülməsi həyata keçirilib.


Вернуться назад