Главная > Cəmiyyət > Pandemiya nəticəsində iqtisadi böhrandan əziyyət çəkən ölkələrin üstünlük verdiyi sənaye
Pandemiya nəticəsində iqtisadi böhrandan əziyyət çəkən ölkələrin üstünlük verdiyi sənaye17-08-2020, 10:36. Разместил: azadses |
Bugünkü pandemiyanin nəticələri və karantin tədbirləri bir çox ölkələrdə iqtisadi çöküşə və böhrana yol açıb. Bu böhrandan çıxış yolu kimi bəzi ölkələr oyun sənayesinə böyük maraq göstərib və yatırımlar edirlər. İldən-ilə bazar dəyəri artan bu sənayenin 2020-ci ildə ölçüsü 200 milyard dollardan artıq qiymətləndirilir. Bu sektorun ölkəmizdə də inkişaf etdiyini görmək sevindirici haldır. Bildiyimiz kimi, Azərbaycanda 2019-cu ildə yaranmış “Bad Button Studio” kompüter oyunları yaratmaqla məşğuldur. Bu studiyanın yaradıcısı Fariz Bədəlzadə 2020-ci ilin aprel ayında yeni bir komanda ilə “FM games” adı altında studiya yaradıb. Bu komanda yalnız mobil oyunların yaradılmasına fokuslanıb. Yaranmasından çox keçməmiş dünya bazarında mobil oyun sektorunda öz sözünü demiş Fransa mənşəli “VOODOO” şirkəti ilə əməkdaşlığa başlayıb. Nəzərə alsaq ki, oyun sənayesində ən böyük payı mobil platformalar tutur, hansı ki, dünyada 1.5 milyard insan aktiv mobil oyunlar oynayır. Bu sənayenin çox böyük gəlirlər gətirdiyi bütün dünyaya bəllidir. Lakin oyunların yaradılması və dünya bazarına çıxarılması da böyük xərclər tələb edir. Maddi çətinliklərə baxmayaraq, artıq “Google Play” və iOS platformaları üçün bu komandanın üç mini mobil oyunları var. Onlardan ən sonuncusu “Bounce Master”dir. Azərbaycanda investorlara bu sənayenin potensialı naməlum olduğu üçün Fariz tək irəliləməyə qərarlıdır. “FM games” oyunlarını oynamaq və gələcək oyunlardan daim xəbərdar olmaq üçün: https://fmgames.org Вернуться назад |