Главная > Cəmiyyət > İctimai nəqliyyatla bağlı məhdudiyyət bitdi

İctimai nəqliyyatla bağlı məhdudiyyət bitdi


17-08-2020, 07:34. Разместил: azadses
15 avqust saat 00:00-dan xüsusi karantin rejiminin tətbiq olunduğu Bakı, Cəlilabad, Gəncə, Masallı, Mingəçevir, Sumqayıt, Yevlax şəhərləri və Abşeron, Bərdə, Goranboy, Göygöl, Xaçmaz, Salyan rayonlarında ictimai nəqliyyatın fəaliyyətinə tətbiq olunan ikigünlük məhdudiyyət başa çatıb.
“Qafqazinfo”nun məlumatına görə, bu gün saat 06:00-dan etibarən vətəndaşlar fəaliyyətinə icazə verilən ictimai nəqliyyat vasitələrindən istifadə edə bilərlər. 
Qeyd edək ki, Bakı metrosunun fəaliyyəti avqustun 31-dək dayandırılıb.


Вернуться назад