Главная > Cəmiyyət > General-leytenant Ziya Yusif-zadənin xatirə gecəsi keçirilib

General-leytenant Ziya Yusif-zadənin xatirə gecəsi keçirilib


21-02-2024, 12:08. Разместил: azadses
Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Heydər Əliyev adına Akademiyasında (Akademiya) Ümummilli Lider Heydər Əliyevin yaxın silahdaşlarından və onun şanlı peşəkarlıq məktəbinin sadiq davamçılarından olan, mərhum general-leytenant Ziya Yusif-zadənin 95 illik yubileyinə həsr olunmuş xatirə gecəsi keçirilib.

"Report" xəbər verir ki, tədbirdə ömrünün böyük bir hissəsini təhlükəsizlik orqanlarına həsr etmiş Ziya Yusif-zadənin keçdiyi xidmət yoluna nəzər salınıb, Akademiyanın yaradıldığı ilk illərdə tədrisin təşkili, professor-müəllim heyətinin formalaşdırılması, təhsil səviyyəsinin davamlı yüksəldilməsi və bunun üçün lazımi infrastrukturun yaradılması istiqamətində gördüyü işlər, Akademiyanın onun rəhbərliyi altında qazandığı uğurlu təcrübəyə və müsbət ənənələrə söykənərək ölkənin təhsil sahəsində öz layiqli yerini tutduğu qeyd olunub.

Eyni zamanda general-leytenant Ziya Yusif-zadənin həyat və fəaliyyətinə həsr olunmuş sənədli film nümayiş etdirilib.


Вернуться назад