Главная > Cəmiyyət > Bu gün Binəqədidə qaz olmayacaq

Bu gün Binəqədidə qaz olmayacaq


16-02-2024, 10:30. Разместил: azadses
Bu gün Bakının Binəqədi rayonunun qaz təchizatında fasilə yaranacaq.

Bu barədə “Report” Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinə istinadən məlumat verir.

Bildirilir ki, Binəqədi rayonu, Binəqədi-Biləcəri şosesində yerləşən 39 mənzilli çoxmərtəbəli yaşayış binasına çəkilmiş qaz xəttinin şəbəkəyə qoşulması məqsədi ilə fevralın 16-da saat 10:00-dan etibarən qaz təchizatı dayandırılacaq.

Qaz təchizatı dayandırılan müddətdə Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Vulkan yaşayış massivinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.


Вернуться назад